525.Az

Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru Moskvada müzakirə olunacaq


 

Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru Moskvada müzakirə olunacaq<b style="color:red"></b>

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında hansı texniki həll olunmamış məsələlərin qaldığını açıqlayıb.

525.az APA-ya istinadən  xəbər verir ki, üçtərəfli işçi qrupun rusiyalı həmsədri bildirib ki, bunlar texniki, lakin çox vacib detallardır.

"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır", - deyə Overçuk bildirib.

 





26.05.2023    çap et  çap et