525.Az

İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb


 

İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb<b style="color:red"></b>

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

525.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb.

Ondan ümumilikdə, 8 kiloqramdan artiq heroin ve tiryək, eləcə də, ümumilikdə, 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri "Baba" şərti adlı İran sakininin vasitəsi ilə sərhadyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, K.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 





26.05.2023    çap et  çap et