525.Az

"Naxçıvan azad iqtisadi zonaya çevrilir" - Fuad Nəcəfli


 

"Naxçıvan azad iqtisadi zonaya çevrilir"  <b style="color:red"> - Fuad Nəcəfli</b>

"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir. Sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

525.az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O, qeyd edib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artırır: "Bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq. Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq".

"Əlbəttə, Türkiyə ilə yeganə quru yolu naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır",- deyə F.Nəcəfli əlavə edib.

 





26.05.2023    çap et  çap et