525.Az

Azərbaycan millisinin yoldaşlıq oyununun vaxtı açıqlanıb


 

Azərbaycan millisinin yoldaşlıq oyununun vaxtı açıqlanıb<b style="color:red"></b>

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir oyununun vaxtı müəyyənləşib.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun başlama saatı dəqiqləşib.

İyunun 20-də keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Matç “Dalğa Arena”da baş tutacaq.

Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.

 





26.05.2023    çap et  çap et