525.Az

Bakıda Slovakiya qrafikalarından ibarət sərgi açılıb


 

Bakıda Slovakiya qrafikalarından ibarət sərgi açılıb<b style="color:red"></b>

Bakıda Slovakiya qrafikalarından ibarət sərgi açılıb. Slovakiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən sərgi Azərbaycanla Slovakiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunub.

525.az xəbər verir ki, sərginin açılışında çıxış edən Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak qonaqları salamlayaraq sərgi haqqında məlumat verib. Səfir bildirib ki, diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə bir sıra digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

“Biennali Bratislava illüstrasiyaları” sərgisində slovak illüstratorların əsərləri nümayiş olunur. Əsərlər 60-dan çox Qran Pri qaliblərinə məxsusdur.

Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Pərvanə

 





26.05.2023    çap et  çap et