525.Az

NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib


 

NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib<b style="color:red"></b>

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

525.az xəbər verir ki, bunu o, tviterdə yazıb.

X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.

 





26.05.2023    çap et  çap et