525.Az

Polşa müharibə təzminatlarından imtina etməyəcək


 

Polşa müharibə təzminatlarından <b style="color:red">imtina etməyəcək</b>

Polşanın Baş naziri Mateuş Moravetski  Almaniya ilə əlaqələrinin uzun illər davam edəcəyini, lakin ölkəsinin İkinci Dünya Müharibəsindəki itkilərə görə istədiyi təzminatdan imtina etməyəcəyini bildirib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski bu səhər qatıldığı Polşa Radio proqramında gündəmlə bağlı dəyərləndirmələr edib. 

Almaniyanın Varşava səfiri Tomas Baggerin iki ölkə arasında təzminat məsələsinin hüquqi baxımdan bağlandığına dair açıqlamalarını xatırladan Moravetski: “Tanrı bizə min il yan-yana yaşamağı nəsib etsin, amma əlbəttə ki, göz yaşlarını və baş verənləri düzəltmək üçün ən azı minimum dərəcədə təzminatları tanımaq müsbət bir şeydir", deyib. 

Mateuş Moravetski, Baggerin təkcə mənəvi deyil, həm də siyasi və sosial baxımdan səhv etdiyini bildirib. Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçikin Almaniyadan müharibə təzminatı almaq üçün böyük səylər göstərdiyini vurğulayan Polşa Baş naziri: “Bu, uzun bir proses olacaq, lakin biz bundan heç vaxt imtina etməyəcəyik və inanıram ki, gələcək nəsil siyasətçilər bunu tələb edəcəklər", - deyib. 

Qeyd edək ki, 2022-ci il sentyabrın 1-də Polşa hökuməti İkinci Dünya Müharibəsi zamanı Polşanın məruz qaldığı maliyyə itkilərinin təfərrüatlarını əks etdirən geniş hesabat hazırlayıb və müvafiq olaraq Almaniyadan 1,3 trilyon avro təzminat tələb edib.

Malik Atilay

 





26.05.2023    çap et  çap et