525.Az

Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb


 

Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb<b style="color:red"></b>

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

525.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram".

 





26.05.2023    çap et  çap et