525.Az

İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib


 

İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

525.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram”.

 





26.05.2023    çap et  çap et