525.Az

İsveçrə Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib


 

İsveçrə Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib<b style="color:red"></b>

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

525.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

 





26.05.2023    çap et  çap et