525.Az

ABŞ-də polis 11 yaşlı uşağı güllələyib


 

ABŞ-də polis 11 yaşlı uşağı <b style="color:red">güllələyib</b>

ABŞ-də atasının istəyi ilə polisə zəng edən 11 yaşlı uşaq evə gələn polislər tərəfindən sinəsindən güllə yarası alıb, uşaq xəstəxanaya çatdırılıb və müalicə olunduqdan sonra evə buraxılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Missisipi ştatının İndiola şəhərində baş verib. Şənbə günü səhər tezdən evə gələn ata hirslə oğluna polisə müraciət etməyi tapşırıb. Lakin müraciətin səbəbi açıqlanmayıb. 

Ananın ifadəsinə görə, polis məmuru evə gələndə silahını giriş qapısına doğruldaraq içəridəki hər kəsin çölə çıxmasını istədiyini bildirib. Oğlu dəhlizin döngəsini keçərkən sinəsindən vurulub. 

11 yaşlı uşaq Missisippi Universitetinin Tibb Mərkəzinə aparılıb və süni nəfəs aparatına qoşulub. Ağciyərin zədələməsi, qabırğasının sınığı və qaraciyərin yırtılması səbəbindən müalicə aldığı xəstəxanadan evə buraxılan uşağın anası Nakala Murri məmurun işdən çıxarılmasını olunmasını istəyib. Murri və ailəsinin vəkili Karlos Mur səlahiyyətliləri əlavə tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, rəsmilər məmurun ödənişli inzibati məzuniyyətə çıxarıldığını bildiriblər.

Malik Atilay

 





26.05.2023    çap et  çap et