525.Az

Təyyarənin qapısı havada açıldı


 

Təyyarənin qapısı havada açıldı<b style="color:red"></b>

Koreya Respublikasının Daegu Beynəlxalq Hava Limanına enən zaman qapısı açılan "Asiana Airlines"ə  məxsus təyyarə təhlükəsiz eniş edib.

525.az xəbər verir ki, Koreyanın Ceju adasından 194 sərnişinlə havaya qalxan "Asiana Airlines"ə məxsus təyyarənin havada qapısı açılıb. Daegu Beynəlxalq Hava Limanı rəsmiləri tərəfindən verilən açıqlamada hadisənin təyyarə eniş edərkən baş verdiyi və təyyarənin hava limanına təhlükəsiz eniş etdiyi bildirilib. Açıqlamaya görə, hadisə nəticəsində xəsarət alan olmayıb, bəzi sərnişinlər panika və nəfəs darlığı şikayətləri ilə xəstəxanalara sövq edilib.

Qeyd edək ki, polisin daha sonra verdiyi açıqlamada qapının 30 yaşlarında bir kişi tərəfindən açıldığı bildirilib.

Məhəmməd Tağıyev

 





26.05.2023    çap et  çap et