525.Az

Britaniyaya köç edənlərin sayı rekord qırdı


 

Britaniyaya köç edənlərin sayı rekord qırdı<b style="color:red"></b>

Keçən il Böyük Britaniyaya köçənlərin sayı 606 min nəfərlə rekord səviyyəyə yüksəlib.

525.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, 2022-ci ilin dekabrında başa çatan il ərzində Böyük Britaniyaya xalis miqrasiya rekord səviyyəyə - 600 minə çatıb. ONS bu artımın ölkəyə Avropa İttifaqı (Aİ) xaricindən işləmək və ya təhsil almaq üçün gələnlərin, Ukrayna və Honq-Konqdan xüsusi viza proqramları ilə gələnlərin hesabına olduğunu bildirib.

Bununla belə, ONS keçən il immiqrasiyada rekord artıma baxmayaraq, son aylarda nisbətlərinin aşağı düşdüyünü göstərən məlumatlara işarə edib.

Qeyd edək ki, xalis miqrasiya ölkəyə gələn əhalidən ölkədən gedən əhalinin sayını çıxmaqla əldə edilir. Ölkəyə gələn xalis immiqrantların sayı 2021-ci ildə 488 min olaraq qeyd edilmişdi.

Məhəmməd Tağıyev

 





26.05.2023    çap et  çap et