525.Az

Ermənistanın son açıqlamalarını müsbət qiymətləndiririk - Çavuşoğlu


 

Ermənistanın son açıqlamalarını müsbət qiymətləndiririk - <b style="color:red">Çavuşoğlu</b>

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı son açıqlamalarını müsbət qiymətləndiririk.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin bu addımları dəstəklədiyini vurğulayan Çavuşoğlu: “Azərbaycan Ermənistana hərtərəfli sülh təklif edib. Onlar “hə” desə, bu saziş imzalanar. Bizlər də bu istiqamətdə müsbət addımlar atarıq. İstəyimiz bölgəmizdə daimi sülh və sabitliyin olmasıdır”, - deyə qeyd edib.

Qoşqar Bəylərov

 





26.05.2023    çap et  çap et