Kosovo və Metohiyadadakı serblər inzibati binaları mühafizə etmək məqsədiylə barrikadalar qurmağa başlayıblar.
525.az Serbiya mediasına istinadən xəbər verir ki, Leposaviç bələdiyyəsinin sakinləri texnikanın köməyi ilə barrikadalar qurublar.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç ordunun təcili şəkildə Kosovo və Metohiya ilə inzibati sərhədə göndərilməsi əmrini verib.
Qoşqar Bəylərov