525.Az

Sənsiz bu bayramda gülə bilmərəm


 

Sənsiz bu bayramda gülə bilmərəm<b style="color:red"></b>

Kirman RÜSTƏMLİ

 

Sənsiz bu bayramda gülə bilmərəm,

Başıma göylərin daşı ələnər.

Xatirən o qədər, silə bilmərəm,

Ömrümə bəzəkdir həmin sənələr.

 

Sən mənim həm anam, bir dünyam oldun,

 Özümü səninlə adam sanardım.

Gedəli yuxumda sən röyam oldun,

Mən səni ağzımda bir tam sanardım.

 

Sən getdin, ağzımın tamı da q

açdı,

Şükürlər gəlmədi, mən onu görəm.

Bağlı qapıları yuxummu açdı?

Dolaşıq saçını əlimlə hörəm.

 

Hara baxıramsa, izin var orda,

Yatdığın çarpayı iyini saxlar.

Ana, sən yatdığın o soyuq gorda,

Ruhum hey baş çəkər, hey səni yoxlar.

lll

Mən bitirdim bu sevgini,

Dəfn etdim qəlbimin dərinliyində.

Mən bitirdim bu sevgini,

Bir payız gününün sərinliyində.

Bir də axtarmam,

Axı ondan nə umaram?

Bitdi, tükəndi artıq,

Sanki o, olmayıb -  yaratdıq.

Nə axtarım, nə anım,

Yox artıq o,

Özümü tənha sanım...

Mən bitirdim sevgini,

Unudulmuş röya kimi.

Mən bitirdim sevgini

Qopdum ondan - dünya kimi.

 

 





26.05.2023    çap et  çap et