525.Az

Ermənistan XİN: Azərbaycanla sülh Kişinyev danışıqlarının gündəliyində deyil


 

Ermənistan XİN: Azərbaycanla sülh Kişinyev danışıqlarının gündəliyində deyil<b style="color:red"></b>

İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyev danışıqlarının gündəliyində deyil.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirlik münasibətlərin normallaşdırılması və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişlə bağlı müzakirələrin davam etdiyini bildirib. Erməni tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.

Həmin sənədlərin razılaşdırılması iyunun 1-də Moldovanın paytaxtı Kişinyevdə, eləcə də Avropa Siyasi Birliyinin iclasından sonra davam etdiriləcək.

 





26.05.2023    çap et  çap et