525.Az

28 mayda Türkiyənin bir əsrlik taleyi həll olunacaq - Ərdoğanın müavini


 

28 mayda Türkiyənin bir əsrlik taleyi həll olunacaq - <b style="color:red">Ərdoğanın müavini</b>

“28 mayda Türkiyənin növbəti 5 illik deyil, bir əsrlik taleyi həll olunacaq".

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş deyib.

Kurtulmuş bildirib ki, daxildə və xaricdə Türkiyənin uğurlarını qısqanan bütün güclər “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı birləşsə də, xalq ilk turda öz liderinə sahib çıxıb: “İkinci turda daha rahatıq, çünki “Cümhur İttifaqı” artıq parlament seçkilərindən qalib ayrılıb və bundan sonra da xalqımızın istəklərini, hüquqlarını parlamentdə qoruyacaq”.

Ərdoğanın müavini sadəcə bir seçimin olduğunu deyib: “O da təkcə Türkiyənin deyil, həm də dünyadakı məzlumların lideri Rəcəb Tayyib Ərdoğandır. Rəqibi isə bu ölkə üçün xidməti olmayan Kamal Kılıçdaroğludur. Terror təşkilatlarının dəstəklədiyi Kılıçdaroğlu indi də milliyətçilik oyununa başlayıb. Bazar günü xalqımız yenidən Ərdoğanı prezident seçəcək”.

Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İkinci turda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İlk turda bu namizədlərdən Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

Qoşqar Bəylərov

 





26.05.2023    çap et  çap et