525.Az

Malayziya Kralı Azərbaycan liderini təbrik edib


 

Malayziya Kralı Azərbaycan liderini təbrik edib<b style="color:red"></b>

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"525.az"ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri!

Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Səmimi-qəlbdən ümid edirik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr qarşıdakı illərdə dövlətlərimizin rifahı naminə daha da möhkəmlənəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm".

 





26.05.2023    çap et  çap et