525.Az

Bir qrup erməni diversant Zəngilanda dövlət sərhədini yarmağa cəhd edib - YENİLƏNİB 1

Bir qrup erməni diversant Zəngilanda dövlət sərhədini yarmağa cəhd edib - <b style="color:red">YENİLƏNİB 1</b>

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

DSX-dan 525.az-a verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

***

Bir qrup erməni diversant Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

525.az xəbər verir ki, bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, erməni diversantların cəhdinin qarşısı alınıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib, 2 diversant saxlanılıb.

Detallar barədə tezliklə məlumat veriləcək. (Report)

26.05.2023    çap et  çap et