525.Az

MEK-də “Elmira Axundova-70” adlı sərgi təşkil edilib


 

MEK-də “Elmira Axundova-70” adlı sərgi təşkil edilib<b style="color:red"></b>

Bu gün Xalq yazıçısı, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi, ictimai-siyasi xadim Elmira Axundovanın doğum günüdür.

525.az xəbər verir ki, bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında kitab sərgisi təşkil edilib.

Sərgidə “Sabahımızı düşünərək”, “Əl-Fərahimin musiqişünaslıq görüşləri”, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilən “Kreml beşilliyi”, “Qayıdış”, “Hakimiyyət yükü altında” tədqiqatları, rus və özbək dillərində “İlham Əliyev”, “Həmkarlarımla üz-üzə” kitabları nümayiş olunur.

Sərgi 2 həftə davam edəcək.

Qeyd edək ki, E.Axundova Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub, 2020-2023-cü illərdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub. O, Azərbaycan Respublikasının ictimai-siyasi mədəni həyatında uzunmüddətli səmərəliəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 





27.05.2023    çap et  çap et