525.Az

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var


 

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var<b style="color:red"></b>

Oğuz rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

525.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan iki sərnişin - 1961-ci il təvəllüdlü Kəmalə Cabbar qızı Qaziyeva və 1998-ci il təvəllüdlü Şəlalə Cövdət qızı Rəsullu xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır ("Report").

 





27.05.2023    çap et  çap et