525.Az

Hulusi Akar: “Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”


 

Hulusi Akar: “Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”<b style="color:red"></b>

“Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, terrorçulara qarşı mübarizə uğurla davam edir: “Ən sonuncu terrorçu məhv edilənədək əməliyyatlarımız davam edəcək. Bizim yeganə hədəfimiz terrorçulardır. Onların iki yolu var: ya təslim olmalı, ya da gizləndikləri mağaralarda ölməlidirlər”.

H.Akar bildirib ki, terrorçuları narahat edən əsas məsələlərdən biri Türkiyənin milli müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlardır.

 





27.05.2023    çap et  çap et