525.Az

"Xalq Əmanəti"nin yeni nəşri Hökumə Billuriyə həsr edilib


 

"Xalq Əmanəti"nin yeni nəşri Hökumə Billuriyə həsr edilib<b style="color:red"></b>

"Xalq Əmanəti" layihəsinin bu günlərdə işıq üzü görən 23-cü nəşri görkəmli Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billurinin yaradıcılığını əks etdirir.

Məlumdur ki, həqiqi şair-vətəndaş örnəyi olan H.Billurinin şeirləri bədii-estetik məziyyətləri ilə XX əsrin ikinci yarısındakı milli şeirimizdə özünəməxsus yer tutur.

Mayın 26-da şairin "Seçilmiş əsərləri" kitabı Bakıda Xalq Bankın Əsas binasında geniş ictimaiyyətə təqdim olundu.

Kitabın təqdimatına görkəmli şair və yazıçılar, tərcüməçilər, şərqşünaslar və digər ziyalılar toplaşmışdılar. Çıxış edənlər nəşrin əhəmiyyətindən söz açıb, onun həm H.Billurinin, həm də ümumən Azərbaycan ədəbiyyatının təbliği baxımından ciddi önəm daşıdığını diqqətə çatdırıblar.

Milli irsin qorunması və təbliği üçün xüsusi əhəmiyyətə malik "Xalq Əmanəti" layihəsinin növbəti nəşri olan kitabda H.Billurinin poetik yaradıcılığı və ömür yoluna ətraflı işıq salınıb. Bu nəşr vasitəsilə oxuculara şairin, demək olar, bütün şeirlərinin toplandığı ən müfəssəl "Seçilmiş əsərləri" təqdim edilib. Kitabda ustad Şəhriyarın H.Billuriyə ünvanladığı şeirinin dəyərli əlyazması da yer alıb.

 





28.05.2023    çap et  çap et