525.Az

Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib


 

Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib<b style="color:red"></b>

Ukrayna hərbçiləri bu gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 “Şahid”i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın “Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, ötən gecə Ukrayna üzərinə rekord sayda kamikadze dronu buraxılıb.

 





28.05.2023    çap et  çap et