525.Az

Rəsmi Kiyev: “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”


 

Rəsmi Kiyev: “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”<b style="color:red"></b>

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

525.az xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaqdır. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!”, - yazıda qeyd olunub.

 





28.05.2023    çap et  çap et