525.Az

Sinan Oğan səs verdi


 

Sinan Oğan səs verdi<b style="color:red"></b>

“Bu seçkilərin nəticəsinin ölkəmiz və millətimiz üçün xeyirli olacağına, həmçinin buna töhfə verəcəyimizə ümid edirəm”.

525.az xəbər verir ki, bu sözləri Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

S.Oğan bildirib ki, bu seçkilər həm də insanlara qərarlarına görə təzyiq etməyin, onların demokratik hüquqlarını əllərindən almağa çalışmağın hansı problemlərlə nəticələnə biləcəyini göstərmək baxımından çox vacibdir: “Odur ki İYİ Parti sədri Meral Akşenerə, prezidentliyə keçmiş namizəd Muharrem İnceyə qarşı təzyiqləri qınadığımı bir daha diqqətə çatdırıram. Bu seçki digər seçkilərdən fərqli olaraq təzyiq kampaniyasının nə qədər zərərli olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

 





28.05.2023    çap et  çap et