525.Az

İtaliyada ailə zirzəmidən xəzinə aşkarlayıb


 

İtaliyada ailə zirzəmidən xəzinə aşkarlayıb<b style="color:red"></b> İtaliyanın Boloniya şəhəri yaxınlığında Sakki ailəsinin yaşadığı binanın zirzəmisində xəzinə aşkarlanıb.
 
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ailə bu binanı almazdan öncə ora yarıuçuq vəziyyətdə olub və uzun müddət boş qalıb.
 
Xəzinədə 41 milyon əski İtaliya lirəsi olub. Sakkilər ailə lirəni avro dəyişmək istəyərkən «Bankitalia» onlara problem yaradıb.
 
Bank təmsilçisi bildirib ki, lirənin avroya dəyişməsi müddəti çoxdan bitdiyindən tapılan pullar makulaturadır.
 
Ər-arvad hüquqçular və mütəxəssisləri işə cəlb edib. İndi onlar əskinasları kolleksiyaçılara satmaq niyyətindədir.
 





25.07.2014    çap et  çap et