Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
xxxx
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
525.az “Haber Globala” xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.
xxxx
Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 87,55 faizi açılıb.
525.az APA-ya istinadən xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.93%-nin (24,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.07%-nin (21,389,515) səsini qazanıb.
çap et