525.Az

“Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür”


 

“Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür”<b style="color:red"></b>

“Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər”.

525.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.

O qeyd edib ki, bu gün Türkiyə əsrinin qapısı açılıb: “Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Türk xalqı 28 mayda tarix yazdı. Qarşımızda 2024-cü il var. Həmin ildə İstanbulumuzu yenidən qazanmaq üçün çox çalışacağıq”.

Onun sözlərinə görə, bundan sonrakı əsas hədəf xalqın birliyinə sahib çıxmaqdır:

“Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Qardaş ölkə prezidentləri sevincimizi bizimlə bölüşürlər”.

 





28.05.2023    çap et  çap et