Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
***
Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.
525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
***
Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 87,55 faizi açılıb.
525.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.93%-nin (24,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.07%-nin (21,389,515) səsini qazanıb.
***
Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.
525.az APA-ya istinadən verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.
***