525.Az

Türkiyədə prezident seçkilərində seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan 5 öndədir YENİLƏNİB 3


 

Türkiyədə prezident seçkilərində seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan 5 öndədir  <b style="color:red"> YENİLƏNİB 3</b>

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.

***

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.

***

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 87,55 faizi açılıb.

525.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.93%-nin (24,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.07%-nin (21,389,515) səsini qazanıb.

***

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.

***

 





28.05.2023    çap et  çap et