525.Az

Heydər Əliyevin 100 illiyi və Müstəqillik Günü Boqotada böyükölçülü lövhədə nümayiş olunub


 

Heydər Əliyevin 100 illiyi və Müstəqillik Günü Boqotada böyükölçülü lövhədə nümayiş olunub<b style="color:red"></b>

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü və Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü qeyd etməsi Kolumbiyanın paytaxtı Boqota şəhərinin mərkəzi küçəsində elektron lövhədə nümayiş etdirilib.

525.az-a bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Gün ərzində böyükölçülü lövhədə Azərbaycan Respublikasının dövlət bayrağı, Ümummilli Liderin fotoşəkli və Azərbaycan xalqının hər iki mötəbər hadisəni qeyd etməsi ilə bağlı şüarlar əks olunub.

 





29.05.2023    çap et  çap et