525.Az

Ordumuzun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub


 

Ordumuzun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub<b style="color:red"></b>

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

525.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

 





29.05.2023    çap et  çap et