525.Az

Həftəsonu yol qəzalarında 8 nəfər həyatını itirib


 

Həftəsonu yol qəzalarında 8 nəfər həyatını itirib<b style="color:red"></b>

Mayın 27-də və 28-də Azərbaycanda yol qəzalarında 8 nəfər həyatını itirib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, nəticədə 8 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

 





29.05.2023    çap et  çap et