|
|
|
|
ABŞ-ın Nyu-York şəhərində 28 May - Azərbaycanın Müstəqillik Günü qeyd edilib.
525.az "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə ştatda yaşayan Azərbaycan və türk icmasının fəalları, ziyalılar, yerli ictimayyətin nümayəndələri və ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Açıq havada keçirilən tədbirdə milli musiqilərimiz və rəqslərimiz ifa olunub.
Tədbir yerli sakinlər tərəfindən də maraqla izlənilib.