525.Az

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib


 

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib<b style="color:red"></b>

ABŞ-ın Nyu-York şəhərində 28 May - Azərbaycanın Müstəqillik Günü qeyd edilib.

525.az "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə ştatda yaşayan Azərbaycan və türk icmasının fəalları, ziyalılar, yerli ictimayyətin nümayəndələri və ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açıq havada keçirilən tədbirdə milli musiqilərimiz və rəqslərimiz ifa olunub.

Tədbir yerli sakinlər tərəfindən də maraqla izlənilib.

 





29.05.2023    çap et  çap et