525.Az

Zaqatala sakini sirkə turşusundan zəhərlənib


 

Zaqatala sakini sirkə turşusundan zəhərlənib<b style="color:red"></b>

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

525.az-ın məlumatına görə, rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır (APA).

 





29.05.2023    çap et  çap et