525.Az

Həştərxanda Xəzər regionunun inkişaf prioritetləri müzakirə olunur


 

Həştərxanda Xəzər regionunun inkişaf prioritetləri müzakirə olunur<b style="color:red"></b>

Mayın 29-da Həştərxanda öz işinə başlayan “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumunda yeni çağırışlar və imkanlar şəraitində elm və təhsilin inkişafı müzakirə olunur.

525.az xəbər verir ki, forumda Xəzər regionunun inkişafı imkanları və prioritetləri, regionun ekoloji problemləri və onların həlli yolları, ali təhsilin beynəlmiləlləşdirilməsi, Xəzər regionu ölkələrində mətbuat sahəsində təhsilin problemləri müzakirə olunur.

Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları mədəni, iqtisadi, ekoloji, hüquqi aspektlər də daxil olmaqla kompleks təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

Mayın 31-dək davam edəcək forumda Xəzəryanı ölkələrlə yanaşı, Mərkəzi Asiya ölkələrindən də ekspertlər iştirak edirlər ("Report").

 





29.05.2023    çap et  çap et