525.Az

Türkiyədə ağır yol qəzası: 4 ölü, çoxlu sayda yaralı


 

Türkiyədə ağır yol qəzası: 4 ölü, çoxlu sayda yaralı<b style="color:red"></b>

Türkiyənin Sivas əyalətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

525.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə Sivas-Kangal avtomobil yolunun Yağdonduran kəndindən keçən hissəsində baş verib.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.

 





29.05.2023    çap et  çap et