525.Az

Hikmət Hacıyev və Armen Qriqoryan Bratislavada panel müzakirəsində iştirak edəcək


 

Hikmət Hacıyev və Armen Qriqoryan Bratislavada panel müzakirəsində iştirak edəcək<b style="color:red"></b>

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb.

Forum mayın 30-da baş tutacaq.

 





29.05.2023    çap et  çap et