525.Az

Britaniya ilə Azərbaycan tərəfdaşlığı çox güclüdür


 

Britaniya ilə Azərbaycan tərəfdaşlığı çox güclüdür<b style="color:red"></b>

“Bildiyiniz kimi Cənub Qaz Dəhlizi bütövlükdə Avropa üçün enerji imkanlarını dəyişdirib. Biz çox şanslıyıq ki, Azərbaycan və Böyük Britaniya arasında münasibətlər belə yaxındır”.

525.az xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.

“BP Azərbaycanda ən böyük xarici investorlardan biridir. Tərəfdaşlığımız çox güclüdür və bu tərəfdaşlıqdan bütövlükdə Avropa faydalanır” – o qeyd edib.

 





29.05.2023    çap et  çap et