Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağı layihəsini həyata keçirəcəyinə söz verib.
525.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Ərdoğan bildirib ki, Türkiyə hökuməti bundan sonra da ölkənin mövqeyini möhkəmləndirəcək, nəqliyyat və enerjiyə sərmayələri dünya səviyyəsinə çıxaracaq.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz qaz qovşağının maksimum bir il ərzində işə salınacağını bildirmişdi. Onun sözlərinə görə, bunun sayəsində Avropa dövlətlərinə daha çox qaz satmaq və Türkiyə ilə bağlı enerji mənbələrini şaxələndirmək mümkün olacaq.
Havar Şəfiyeva
çap et