“Rusiya Prezidenti 2 ildir mənimlə dialoqdan yayınır".
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri bildirib ki, bundan sonra danışıqlar yalnız rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasından sonra mümkün olacaq. O, V.Putinin Ukraynanı ələ keçirmək və Ukrayna dövlətçiliyini məhv etmək istədiyini vurğulayıb.
Ukrayna rəhbrinin sözlərinə görə, Rusiyanın növbəti hədəfi Belarusdur.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.
Qoşqar Bəylərov
çap et