525.Az

Türkiyədə parlament seçkilərinin nəticələri - RƏSMİ


 

Türkiyədə parlament seçkilərinin nəticələri - <b style="color:red">RƏSMİ</b>

Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

525.az xəbər verir ki, yekun nəticələri bu gün ölkənin Ali Seçki Komissiyasının (YSK) sədri Əhməd Yenər elan edib.

YSK sədrinin sözlərinə görə, hakim Ədalət və İnkiişaf Partiyası (AK Parti) qanunverici orqanda yerlərin 268-ni qazanıb. 

Nəticələrə əsasən TBMM-də Cümhuriyyət Xalq Partiyası (CHP) 169, Yaşıl Sol Partiyası 61, Milliyətçi Hərəkat Partiyası 50, İYİ Partiya 43, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası 4 deputatla təmsil olunacaq.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri mayın 14-də keçirilib.

Qoşqar Bəylərov

 





30.05.2023    çap et  çap et