Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hədəfinin Cənubi Qafqazda sabitliyi təmin etmək olduğunu deyib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin sözlərinə görə, Türkiyə Avropadan Qara dənizə, Orta Şərqdən Şimal Afrikaya qədər hər yerdə sabitliyi təmin etmək üçün çalışır: “Biz diplomatiya yolunu tutaaq regionda sabitliyin təmin olunması üçün soyuqqanlı mövqeyimizi davam etdirəcəyik”.
Prezident bundan sonra Türkiyənin digər ölkələrlə əlaqəsinin daha da güclənəcəyini deyib: “İnşallah, yaxın zamanda xarici səfərlərimiz başlayacaq. Eyni zamanda dünya liderləri də ölkəmizə gələcəklər”.
Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.
Qoşqar Bəylərov
çap et