525.Az

Şekspir dünyası - Telman Orucov yazır


 

Şekspir dünyası - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

"Kral Lir" pyesi

 

Şekspirin "Kral Lir" faciəsi insan ləyaqəti mahiyyətinin dərindən yoxlanılmasına həsr edilmişdir. Şekspir "Kral Lir xronikası"nı bilirdi. Pyes isə 1590-cı ildə səhnəyə qoyulmuşdu və o, həmçinin, "Holmşed xronikaları"ndan İngiltərənin erkən hökmdarı olmuş tarixi kral haqqında olan bəzi detalları çıxarmışdı. Şekspirin "Kral Lir" tamaşası haqqında onun öz yaşadığı dövr ərzində yalnız 1606-cı ildə məlumat verilmişdi, həmin vaxt tamaşa kral sarayında göstərilmişdi.

"Kral Lir" Şekspirin daha çox insan təbiətinin qorxusuz təhqiqatını inadkarlıqla təqdim edir. Bizim dövrümüzdə isə pyes həmin eradakı Avropa incəsənətinin ən böyük əsərlərindən biri kimi tanınır.

"Kral Lir" dünyanın nağıla bənzər bir mövzusundan başlanır, bu vaxt Lir öz tacı və Britaniyanın xəritəsi kimi şeylərdən döymüş kimi görünür. Onlar onun üçün sadə əhəmiyyətə və qiymətə malikdir, həm də bölünməyə məruz qala bilər. Bölünənlər də onun böyük qızlarına çatır.

Pyesin proqresi kimi, ailənin bu rahat mənzərəsi, səltənətin və kosmik təbiətin qüvvələri tərəfindən incidilir, dağılır, həm də vətəndaş müharibəsini, xarici təcavüzləri və əclaf fərdləri hazırlayır. Pyesdəki hadisələr bütünlüklə Britaniyada gedir, əvvəlcədən hakimiyyətin ərazisinin müxtəlif yerlərində (Lirin və Olbaninin saraylarında, Qloster qəsrində) və Duvr yaxınlığındakı ordu düşərgələrində baş verir. Burada fransız ordusu İngilis kanalını (La-Manş boğazını ingilislər belə adlandırırlar) keçir ki, müharibəni Britaniya ərazisinə gətirsin. Pyesin ürəyi olan üçüncü səhnədə hadisələr başlıca olaraq dəhşətli tufan şəraitində və sadə bir sığınacaqda cərəyan edir. Bu epizodda Lir və digərləri insan məxluqu kimi böyük bir gərginliklə üz-üzə gəlirlər, personajlar burada soyuqdan titrəyirlər və bağışlamaq bilməyən təbiət dünyada ağalıq edir.

Şekspir "Kral Lir"i çox diqqətlə yazmışdır, belə ki, faciəvi nəticələr heç də mərhəmətli xristian Allahının müdaxiləsi ilə həll oluna bilməz, lakin daha çox insan məxluqlarının məhz özü tərəfindən və onların daxilində həll oluna bilər.

Şekspir pyeslərində birbaşa olmasa da, döyüş səhnəsi kimi Armageddonun, habelə İncildəki Apokalipsisin adı çəkilməsə də, Xeyirlə Şərin vuruşu yada salınır, leytmotiv rolunu oynayır. Xüsusən kralların, şahzadələrin mübarizəsi adətən geniş mənada hökmən bu müstəviyə keçir. Ölkədə həmin vaxt xristian dininin pərəstişkarları protestantlara və katoliklərə parçalandığından, o, heç vaxt həmin qarşıdurmanı Allahla şeytanın mübarizəsi kimi göstərmir, çünki hər iki məzhəbin nümayəndələri bunu özlərinin şeytan timsalında olmalarına eyham kimi başa düşərdilər. Və öz qarşılıqlı kəskin mübarizələrinə Şekspiri də cəlb etmiş olardılar. Dramaturqun ehtiyatlı tərpənməyi, göründüyü kimi, onu ittihamlardan özünü müdafiə etmək üsulu idi. Axı atası Con Şekspir sədaqətli katolik idi, bu arqument də hakimiyyətin himayə etdiyi protestantlar tərəfindən ona qarşı istifadə oluna bilərdi.

Qraf Qloster öz bastard oğlunu əyanlara təqdim edir və qraf onu qəşəng bir oğlan hesab edir. Qloster hətta "burada onun düzəltdiyi yaxşı əyləncəyə" görə təəccüblənir. Qloster Edmundu da qanuni oğlu Edqar kimi sevir.

Kral Lir öz krallığını üç yerə bölür ki, onun qızları və onların ərləri özünün keçmiş "qayğılarını və işini" üzərlərinə götürsünlər. Lir öz qızlarından "Sizin hansı biriniz onu daha çox sevdiyini deyəcəkdir" kimi sual verərək soruşur. O, onu daha çox sevən qızına daha böyük alicənablıq göstərəcəkdir. Qoneriliya deyir ki, o, atasını "sözün mənasını tutmağı bacardığından" da artıq sevir və Lir ona xəritədə ayrılan əraziləri göstərir. Riqan iddia edir ki, "yalnız öz atasını sevdiyinə görə həyatda sevinc tapır" və o da krallığın üçdə biri ilə mükafatlanır. Kordeliya öz bacılarının qaydasında cavab verməkdən imtina edir və o, indiyədək hələ evli olmasa da, deyir ki, öz məhəbbətini əri və atası arasında böləcəkdir. Onun "həqiqəti" söylədiyinə görə Lir onu irsdən məhrum edir və öz sevimli uşağını saraydan qovur. Sonra onun krallıqdakı payını da iki qızı arasında bölür.

100 cəngavərin müşayiəti ilə Lir gözləyir ki, səfərdən qayıdanda kürəkənləri Olbaninin və Kornuellin qonağı olsun və o, öz tacını pay kimi onlara şərik olmağa verir. Kent Liri "iyrənc səhvin"də ittiham edəndə, kral onu da yanından qovur.

Burqundiya hökmdarının və Fransa kralının Kordeliya üçün gələn elçiləri öyrənirlər ki, "onun heç nəyi yoxdur". Burqundiya elçilikdən geri çəkilir. Fransa kralı Kordeliyanın "özünün cehiz" olduğunu deyir və ona evlənməyi təklif edir. Fransaya gedən Kordeliya öz bacılarından xahiş edir ki, atalarına qayğı göstərsinlər. Təklikdə, Riqan və Qoneriliya Liri qocalmış hesab edirlər. "Biz necə etməliyik?" deyən Qoneriliya xoşagəlməz bir nəticəyə gəlir.

Bastard Edmund ögey qardaşı Edqarı inandırır ki, o, özü də onun kimi qrafın qanuni oğludur və Edqarın süqutuna qədər xüsusi məzmunlu saxta məktubu saxlayır. Qloster bu saxta məktubu oxuyanda şoka düşür ki, Edqar ailə malikanəsini tutmağı planlaşdırır və deyir ki, astroloji hadisələr də bu "dağıdıcı qayda pozğunluğunu" izah edir.

Təklikdə, Edmundun atası kimi zinakarlıq edənlər və digər özü kimi əclaflar, həqiqətən, bunu planetin və ulduzların hərəkəti ilə hesablaya bilərlər.

Olbaninin sarayında Qoneriliya şikayətlənir ki, atasının "cəngavərləri qiyam qaldırırlar". O, öz nökəri Osvaldı təlimatlandırır ki, Lirin və onun karvanının üzərində qələbə çalsın.

Kent "yoxsul Kay" kimi maskalanmış şəkildə gəlir ki, Lirə xidmət etsin. Osvald Liri təhqir edəndə, "Kay" guya büdrəyib, Osvaldı itələyir. Bir dəli gəlir ki, Lirin şəraiti barədə daxilən düşündüyü qaydada onu əyləndirsin.

Qoneriliya atasından kifayət qədər boğaza yığılmışdır. Lir soruşur: "Sən bizim qızımızsan?" Lakin sonra ağrı hissi ilə yoxlama prosesi başlanır. "Burada kimsə məni tanıyırmı?" Qoneriliya zarafat etmir və deyir ki, atası öz anturajını xeyli ixtisar etməlidir. Qızının nankorluğuna məəttəl qalmaqla, təbiətə dua edir ki, Qoneriliya sonsuz olsun, ya da özü kimi qəddar uşaq doğsun.

Qoneriliya Lirdən karvanını 100-dən 50 cəngavərə endirməyi tələb edəndə, ata çıxıb gedəcəyini elan edir. Qoneriliya Osvaldı Riqanın yanına göndərir ki, bacısını xəbərdar etsin ki, Lir onun yanına gedir və öz krallığını geri alacağına ümid edir. Lir də həmçinin öz etibarlı nökəri "Kay"ı məktubla Qlosterin yanına göndərir.

Edmund Edqarla hiss etmə oyununu oynayır, lakin dilinə belə bir sözü gətirir ki, Edqar istəyir ki, ögey qardaşı atasını öldürsün. Bunu eşidən Qloster Edqarı sürgün edir və Edmundu özünün "loyal və təbii oğlanı" adlandırır. Riqan və Kornuell gəlirlər ki, Lirlə Qoneriliya arasındakı münaqişəni Qlosterə danışsınlar.

Qoneriliyadan xəbər gətirən Osvald "Kay"ın yanına gəlib çıxır, o isə sözlə və fiziki qaydada Osvalda hücum edir. Digərləri gəlir ki, "Kay"ın Osvaldı vicdansızlıqda ittiham etməsini eşitsinlər. Kornuell maskalanmış Kentin "sadəlövhlüyünü" məhkum edir və onu örtülü yerə salır. Təklikdə Kent Kordelyadan aldığı məktubdan təsəlli tapır. Qız atasına onun kömək göstərmək niyyətindən halidir. Yaxın yerdə, Edqar özünü lunatik dilənçi olan "yoxsul Tom" kimi maskalayır.

Riqanı evdə tapa bilməyən Lir Qlosterin qəsrinə gəlir və ona məlum olur ki, "Kay"ı xüsusi yerdə saxlayırlar. Lir, Riqan onu görməkdən imtina edəndə, hirslənir. Nəticədə Kent azad edilir və Riqan hirslə danışaraq, təkcə onu təkid edir ki, atası Qoneriliyaya qarşı səhv hərəkət etmişdir. Lir sarkastik qaydada günahını etiraf etmək üçün dizi üstə düşür, qalxır ki, Qoneriliyanı lənətləsin.

Qoneriliya özü gəlib çıxanda, Lir onunla əlaqələri kəsir. O vaxtdan Riqan Lirin karvanında olan yalnız 25 cəngavərə tolerant yanaşır. Qoneriliya 50 adamla gəlməyinə icazə verdiyinə görə, Lir onun yanına getməyi qərara alır. Ancaq Qoneriliya nəyə görə Lirin 50 cəngavər ehtiyac duyduğunu artıq görür. Və Riqan axırda soruşur: "Bir adama hansı ehtiyac vardır?" Tufan güclənməyə başlayanda Lir qisas alacağını vəd edir.

Qızları, ümumiyyətlə, Lirin bir nəfər də olsun cəngavərini saxlamayacaqlarını elan edəndə, Qloster xəbər verir ki, Lir ona at verilməsini istəyir. "Kral yüksək səviyyəli qəzəbdədir", tufan isə olduqca sərtdir və bir neçə mil məsafədə heç bir sığınacaq yoxdur. Lakin Riqan düşünür ki, Lir ibrət dərsi almağa layiqdir. O, Qlosterə deyir ki, Liri qəsrdən kənarda bağlı yerdə saxlasın. Kornuell bununla razılaşır: "Mənim ağam, qapılarını bağla", "Bu, gur bir gecədir".

Kent öyrənir ki, Lir kənarda daha pis tufana düşməli olmuşdur və Fransa kralı İngiltərəyə qarşı müharibə başlamağa hazırlaşır.

Tufanın göbəyində Lir onu məhv edən elementləri çağırır və özünü "ümidini itirmiş qoca adam" adlandırır. O, "mənim ağlım dönməyə başlayır" deyir. Sonra dəlicəsinə bir mahnı oxuyur.

Qloster Lirin necə səhv etdiyi və Fransanın müharibəyə hazırlaşdığı barədə Edmundun təşviş doğuran məktubu ələ keçirəcəyinə əmindir. Qloster əlavə edir ki, məktub məxfilikdə saxlanmalıdır. Təklikdə, Edmund öz atasını və gələcəkdə isə özünü məhv etmək üçün məktubdan istifadə etməyi planlaşdırır.

Lir inanır ki, o "dözəcəkdir", lakin mübarizə aparır ki, "dəliliyin" müdaxiləsi ilə vuruşsun. Sığınacaq da onun səfehliyinin artmasına kömək edir. Lir belə qərara gəlir ki, dünya "yazıq, çılpaq bədbəxtlərlə" doludur və o, başa düşür ki, "buna çox az fikir verməlidir". Edqar da "yoxsul Tom" kimi maskalanmaqla sığınacaqdadır. Dəli və çılpaq "yoxsul Tom" Lirə deyir: "Sən yaxşı şeyin özüsən" və öz paltarından bir parça qoparır. Qloster kralı axtarır, Lirin belə aşağı səviyyəli kompaniyada olduğunu görəndə, bu, ona təəccüblü görünür.

Edmund Kornuellə onun evində öz atasının gizli məktubunu göstərir.

Qloster kralın qrupunu başqa yerə, ferma evinə aparır. Lir, onun səfeh və "yoxsul Tom" adlı yoldaşı Qoneriliyaya və Riqana qurulacaq təxəyyül etdikləri məhkəmə ilə əlaqəyə girirlər. Qloster deyir ki, qızlar Lirin ölümünə səbəb olacaq bir qəsd düzəltmişlər, lakin onu sağ ikən Duvrda gözləyirlər. Edqar belə bir qərara gəlir ki, bu qrup yüngül bir əzab çəkə bilər.

Kornuell Qoneriliyanı təlimatlandırır ki, evinə qayıtsın və bunu ərinə göstərsin. Olbani Qlosteri ittiham etdiyi məktubunda, onun cəzalandırılacağını bildirir. Riqanı və Kornuelli kəndirlə sarıyırlar və onları istintaq edirlər. Qloster istəyir ki, kralın qisas aldığını hökmən görsün. Lakin Kornuell onu əmin edir ki, bunu heç vaxt görməyəcəkdir. Basıb əli ilə Qlosterin gözünün birini çıxarır. Qlosterin nökəri çalışır ki, bu vəhşiliyi dayandırsın və Kornuelli ağır şəkildə yaralayır. Lakin özü də Riqan tərəfindən öldürülür. Kornuell Qlosterin o biri gözünü də çıxarır. Kor olmuş Qloster qəflətən görür ki, onu Edmund satmışdır və Edqar günahsızdır. Riqan Qlosteri öz evindən qovur, deyir ki, "Qoy o, iylənsin. / Onun yolu Duvra tərəf idi". Lakin Qlosterin dirilən nökərləri bu hadisələrə görə mənəvi cəhətdən qəzəblənmişlər, öz ağalarına kömək göstərməyi planlaşdırırlar.

Edqar öz kor atasının aşağı şəraitindən fayda tapır. O, "yoxsul Tom" kimi maskasını saxlayaraq, Qlosterin öz əvvəlki göstərişlərini necə dəyişdirdiyini öyrənir. Qloster özünü öldürmək istəyir, ancaq xahiş edir ki, onu Duvr qayasına aparsınlar.

 (Ardı var)

 





31.05.2023    çap et  çap et