525.Az

BDU-nun “SABAH” qruplarında 9 yeni ixtisas və ixtisaslaşma açılacaq


 

 BDU-nun “SABAH” qruplarında 9 yeni ixtisas və ixtisaslaşma açılacaq<b style="color:red"></b>

2023-2024-cü tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında 9 yeni ixtisas və ixtisaslaşma açılacaq.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

“SABAH” qruplarında bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisasa (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biotexnologiya, torpaqşünaslıq və aqrokimya) qəbul elan olunub.

2023-2024-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul elan edilmiş ixtisaslar aşağıdakılardır:

1.Biologiya müəllimliyi (mövcud)

2.Coğrafiya müəllimliyi (mövcud)

3.Fizika müəllimliyi (mövcud)

4.Hüquqşünaslıq (mövcud)

5.Kimya müəllimliyi (mövcud)

6.Kompüter elmləri (mövcud)

7.Psixologiya (mövcud)

8.Riyaziyyat müəllimliyi (mövcud)

9.Tarix müəllimliyi (mövcud)

10.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (yeni)

11.Biotexnologiya (yeni)

12.Torpaqşünaslıq və aqrokimya (yeni)

“SABAH” qruplarında magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ili üçün 6 yeni ixtisaslaşmaya qəbul elan olunub. Qəbul elan edilmiş ixtisaslaşmalar aşağıdakılardır:

1.Jurnalistika (mövcud)

2.Kompüter elmləri və texnologiyaları (mövcud)

3.Ehtimal nəzəriyyəsi və statistika (yeni)

4.Əməliyyatlar tədqiqi və sistemli təhlil (yeni)

5.Optimallaşdırma və optimal idarəetmə (yeni)

6.Nanohissəciklər fizikası (yeni)

7.Kimyəvi kinetika və kataliz (yeni)

8.Molekulyar biologiya (yeni).

Sevinc Qarayeva 

 





31.05.2023    çap et  çap et