525.Az

Sofiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş foto-sərgi


 

Sofiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş foto-sərgi<b style="color:red"></b>

Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Milli Mədəniyyət Sarayı parkında yerləşən şəhərin mərkəzi körpüsü üzərində Azərbaycan Respublikasının Müstəqillik Gününün 105-ci ilinə həsr edilən “Azərbaycan:müxtəlifliyin əsl gözəlliyi” adlı foto-sərgi təşkil olunub.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi və Sofiya şəhər bələdiyyəsi tərəfindən birgə təşkil edilən foto-sərgi Azərbaycanın füsunkar təbiətini, zəngin mədəniyyət və incəsənət nümunələrini, arxitektura incilərini, dini tolerantlıq və multikulturalizm ənənələrini əks etdirən fotolardan ibarətdir. Sərginin açılışında Sofiya şəhər bələdiyyəsinin rəsmiləri, Bolqarıstanın ictimai birlikləri, dini icmaları və Azərbaycan diasporasının təmsilçiləri, habelə media nümayəndələri iştirak ediblər.

Şəhər sakinləri və qonaqlarının böyük marağına səbəb olan “Azərbaycan: müxtəlifliyin əsl gözəlliyi” adlı foto-sərgi iki həftə davam edəcəkdir.

 





01.06.2023    çap et  çap et