525.Az

Azərbaycan Avropa Siyasi İcması Sammitində enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirak edəcək


 

Azərbaycan Avropa Siyasi İcması Sammitində enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirak edəcək<b style="color:red"></b>

Azərbaycan Moldovanın paytaxtı Kişinyovda baş tutan Avropa Siyasi İcması Sammiti çərçivəsində aparılacaq enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirak edəcək.

525.az xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr de Kroo jurnalistlərə açıqlamasında deyib.

“Bir çox ölkələrin burada, Avropada olmasına görə şadıq. Aparacağımız əsas müzakirələrin əsas hissələrindən biri enerjidir və şadıq ki, Azərbaycan da burada, müzakirə masasındadır”, - Aleksandr de Kroo bildirib (APA).

 





01.06.2023    çap et  çap et